General Miernik: Polşa gec-tez məcburi hərbi xidmətə başlayacaq

DÜNYA
19:19 / 13.11.2025
40

"Polşa hakimiyyəti bir gün məcburi hərbi xidməti bərpa etmək məcburiyyətində qalacaq". 

HİT.az xəbər verir ki, Polşa Silahlı Qüvvələri Baş Qərargahının Təhsil Departamentinin rəisi, briqada generalı Rafal Miernik bu barədə "RadioZet" açıqlama verib.

"Demoqrafik məsələləri və gələcəkdə bizi nə gözlədiyini nəzərə alsaq, gec-tez belə bir qərarla (məcburi hərbi xidmətin bərpası-red.) qarşılaşacağıq", deyə o bildirib.

Hazırda Polşa ordusu müqaviləli əsgərlərdən ibarətdir. Lakin ölkədə məcburi hərbi xidmət ləğv edilməyib, dayandırılıb.

Polşa generalının sözlərinə görə, məcburi hərbi xidmətin bərpası qərarı ordu ehtiyatlarının həcminin və imkanlarının artmasına və yerli sakinləri böhran vəziyyətlərinə hazırlamağa səbəb ola bilər.

Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış daha əvvəl bildirmişdi ki, hazırda Polşa ordusunda 215.000 hərbçi var. O əlavə edib ki, 6-11 noyabr tarixləri arasında əlavə 15.000 nəfər könüllü hərbi təlimə yazılıb.

Samir

0