Ağ Evin mətbuat katibinin müavini Anna Kelli turist vizaları üçün sağlamlıq problemi olan şəxslərə vizaların verilməsində məhdudiyyətlər tətbiq olunacağı barədə məlumatı təsdiqləyib.
HİT.az bu barədə "Politico"ya istinadən xəbər verir.
Vizalar piylənmə, diabet və digər xroniki xəstəlikləri olan şəxslərə məhdudlaşdırılacaq.
“Son 100 ildə Dövlət Departamentinin siyasəti vergi ödəyiciləri üçün maliyyə yükü ola biləcək viza müraciətçilərinə imtina hüququnu əhatə edib”, deyə o bildirib.
Kelli əlavə edib ki, ABŞ prezidentinin administrasiyası amerikalıları birinci yerə qoyur. Yeni tövsiyələr ölkəyə, sonradan dövlət tibbi yardımı tələb edə biləcək şəxslərin daxil olmasına imkan verməyə bilər.
8 sentyabr tarixində bildirilmişdi ki, Dövlət Departamenti B1/B2 turist vizaları da daxil olmaqla qeyri-immiqrant vizaları üçün sənəd təqdim etmə qaydalarını yeniləyib. Ekspertlərin fikrincə, bu qərar gələcəkdə müraciət üçün gözləmə müddətinin yarım il və daha uzun müddətə uzanmasına səbəb olacaq.
Samir


