Çin Müdafiə Nazirliyi: Yaponiya Tayvanla bağlı vəziyyətə qarışarsa, məğlubiyyətə uğrayacaq

DÜNYA
14:54 / 14.11.2025
48

Yaponiya Tayvan ətrafında yaranan vəziyyətdə hərbi güc tətbiq etməyə qərar verəcəyi halda, sarsıdıcı məğlubiyyətə uğrayacaq. 

HİT.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Bin brifinq zamanı bəyan edib.

O, Yaponiyanın baş naziri Sanae Takaiçinin “Tayvan bölgəsində hərbi böhranın Yaponiya üçün "mövcudluq üçün təhlükə" yaratdığı" və bunun Yaponiyanı “kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcəyi” barədə sözlərinə reaksiya verib.

“Əgər Yaponiya tərəfi tarixdən dərs çıxarmasa və Tayvan məsələsinə qarışmaq üçün risk etməyə, yaxud güc tətbiq etməyə cəsarət etsə, o, Xalq Azadlıq Ordusunun dəmir iradəsi qarşısında sarsıdıcı məğlubiyyətə uğrayacaq və bunun üçün baha qiymət ödəyəcək”, deyə Bin bildirib.

O əlavə edib ki, Tayvan məsələsi yalnız Çinin daxili işidir və xarici müdaxiləni qəbul etmir. Bin həmçinin Takaiçinin “səhv fikirlərinin” kobud müdaxilə təhlükəsi yaratdığını deyib.

Bundan əvvəl Çin XİN nümayəndəsi Lin Jian Çinin Osakadakı baş konsulu Syuе Tsyanyanın Tayvanla bağlı sözlərinə görə Yaponiyanın baş nazirinin “başını vurmaq” hədəsini şərh etməkdən imtina edib.

Çinli diplomat yazmışdı ki, "əgər o, özbaşına qarışmağa cəsarət etsə, bu çirkli başı kəsməkdən başqa yol qalmayacaq". Sonradan həmin paylaşım Syuе Tsyanyanın səhifəsindən silinib.

Samir
 

0