Maduro amerikalıları sülh naminə Venesuela ilə birləşməyə çağırdı

DÜNYA
16:35 / 14.11.2025
44

Venesuela prezidenti Nikolas Maduro Amerika vətəndaşlarına müraciət edərək onları "sonsuz müharibələrə" son qoymaq üçün birləşməyə çağırıb. 

HİT.az xəbər veri ki, bu açıqlama Venesuela sahillərində Amerika hərbi qrupunun güclənməsi və Pentaqonun narkotik kartellərinə qarşı hərbi əməliyyat elan etməsi fonunda verilib.

"Sülh naminə birləşək. Sonsuz müharibələr bəsdir. Ədalətsiz müharibələr bəsdir. Liviya bəsdir. Əfqanıstan bəsdir", deyə Nikolas Maduro CNN-in sualına cavab olaraq amerikalılara müraciət edib. 

ABŞ prezidenti Donald Trampa mesajı olub-olmadığı soruşulduqda, o, "Bəli, sülh" cavabını verib.

Sentyabr ayından bəri Karib dənizindəki Amerika hərbçilərinin sayı 15.000-ə çatıb. Hərbçi, təyyarədaşıyan gəmi də daxil olmaqla, ondan çox hərbi gəmi. Bu müddət ərzində ABŞ-ın narkotik qaçaqmalçılığında iştirak etdiyini düşündüyü ən azı 20 gəmiyə hücum edilib. Nəticədə 80 nəfər ölüb. Bir gün əvvəl Pentaqon rəhbəri Pit Heqset Qərb yarımkürəsində narkotik kartellərinə qarşı əməliyyatın başlandığını elan etmişdi.

Samir

0