Səfir: Venesuela hərbi işğal təhlükəsi altındadır

DÜNYA
17:39 / 17.11.2025
42

"Bu gün Venesuela imperialistlərin hərbi işğal təhlükəsi altındadır". 

HİT.az-ın məlumatına görə, bunu Respublikanın Rusiyadakı səfiri Xesus Rafael Salazar Velaskes bildirib.

Diplomat qeyd edib ki, işğalın hədəfi Venesuelanın təbii sərvətləridir.

"İmperialistlər buna nail ola bilməyəcəklər: Qələbə bizim olacaq", deyə Salazar Velaskes bildirib.

14 noyabrda Pentaqon Qərb yarımkürəsində "Cənub Nizəsi" əməliyyatının başladığını elan edib. ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı əlavə addımlar barədə "qərar qəbul etdiyini" açıqlayıb, lakin dəqiq nəyin atılacağını açıqlamayıb.

Noyabrın 15-də Venesuela prezidenti Nikolas Maduro ABŞ vətəndaşlarına Karib dənizində müharibənin qarşısını almağa çağırıb. O, potensial silahlı münaqişəni bütün Amerika üçün faciə adlandırıb və Vaşinqtonun hərəkətlərinin "bütün insanlığa" qarşı yönəldiyi fikrini bildirib.

Samir

0