Bir çinli qadın 35 gün ekstremal sağ qalma yarışmasında iştirak edib, siçovul yeyib və 14 kq arıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.
25 yaşlı Zao Tiezu Çinin Zeyanq əyalətində keçirilən vəhşi təbiətdə sağ qalma yarışmasında bir adada 35 gün sağ qalaraq üçüncü yeri tutub. O, 14 kq arıqlamasını təəccüblü nəticə kimi təsvir edib.
Yarış 1 oktyabrda başlayıb və o, 5 noyabrda Zhao adasını tərk edib. Nailiyyətinə görə 1000 dollar mükafat pulu alıb. İştirakçı 40 dərəcə istiyə, günəş yanığına, həşərat dişləmələrinə və sərt yaşayış şəraitinə dözməli olub. O, dəniz məhsulları - xərçəngkimilər, dəniz kirpiləri və dəniz dovşanları yeyıb. O, həmçinin təxminən 50 siçovul tutub, bişirib və yeyib.
"Siçovullar olduqca dadlıdır", deyə çinli qadın iddia edir.
Onun çəkisi 85 kq-dan 71 kq-a düşüb. Bölgəni tayfun vurduqdan sonra adanı tərk edib.
"Məqsədlərimə çatdım və nəhayət öz yatağımda yatmaq istəyirəm", deyə qadın paylaşıb.
Samir


