Viktor Orban: Avropa İttifaqı iqtisadiyyatını müharibəyə hazırlayır

DÜNYA
17:03 / 17.11.2025
38

"Avropa İttifaqı müharibə yolundadır və iqtisadiyyatını müharibə vəziyyətinə keçirir, lakin Macarıstan fərqli bir yol seçməyi planlaşdırır".

HİT.az-ən məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban bunu bildirib.

"Avropanın müharibə yolunda olduğunu görürük", deyə o, Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagy ilə görüşündə qeyd edib.

Orban hesab edir ki, Aİ liderləri iqtisadiyyatın militarizasiyası yolu ilə bütün hakimiyyəti əllərində cəmləşdirməyə və Ukraynaya hərbi dəstəyi davam etdirməyə çalışırlar.

Onun sözlərinə görə, Avropa planı 1 milyon əsgərdən ibarət Ukrayna ordusunu saxlamağı və yeni yeddi illik Aİ büdcəsinin 20-25%-ni onun xeyrinə istifadə etməyi nəzərdə tutur.

Samir

0