Avropa İttifaqının Çinlə dərin iqtisadi əlaqələri Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Pekinə təzyiq göstərmək imkanlarını məhdudlaşdırır.
HİTaz xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bunu Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
"Çin sizə də zərər verə bilər və problem də budur. Əgər onların sizə tətbiq edəcəyi qiyməti ödəməyə hazır deyilsinizsə, onda hərəkət etmək çətindir", deyə o, 18 noyabrda Brüsseldə keçirilən "Bloomberg" tədbirində vurğulayıb.
Jurnalistlərin sözlərinə görə, bu açıqlama Aİ-nin oktyabr ayında bir neçə Çin şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edərək Pekini Rusiyanın sanksiyalardan yayınmasına kömək etməyi dayandırmağa məcbur etməyə çalışdığı bir vaxtda verilib.
Kallas həmçinin vurğulayıb ki, Çinin dəstəyi olmasaydı, Rusiyanın Ukraynadakı müharibəsi çoxdan bitərdi: "Və buna görə də, bildiyiniz kimi, biz bu qədər irəliləmişik".
Siyasətçi vurğulayıb ki, AB Çini hədəfə aldıqda və ona qarşı sanksiyalar tətbiq etdikdə bunun bədəlini ödəyəcək, çünki Pekin Avropa təchizat zəncirlərinə nəzarət edir və mühüm ixrac bazarı olaraq qalır: "Çin geosiyasi təsirini çox ağıllı şəkildə genişləndirir".
"Bloomberg" qeyd edib ki, son həftələrdə A Pekinin elektrik avtomobil batareyalarından tutmuş hərbi texnikaya qədər hər şeyin istehsalında istifadə olunan nadir torpaq minerallarının tədarükünü məhdudlaşdırmasından və şirkətlərin idxal icazələri almasını tələb etməsindən sonra şirkətlərinin nə qədər həssas olduğunu görüb.
Avropa avtomobil istehsalçıları da bu yaxınlarda Çin çip istehsalçısı "Nexperia"nın siyasi münaqişələr fonunda tədarükü dayandırmasından sonra qaçılmaz olaraq çip çatışmazlığı ilə üzləşiblər.
Buna görə də Kallas müttəfiqləri Çinə qarşı birləşməyə çağırıb və Pekinin hərəkətlərinin ABŞ, Böyük Britaniya, Avstraliya, Yaponiya və digər ölkələrə də təsir etdiyini vurğulayıb.
"Problem ondadır ki, biz burada vahid səslə hərəkət etmirik", deyə Aİ-nin ali nümayəndəsi yekunlaşdırıb.
Samir


