D4vd kimi tanınan repçi David Anthony Berk, Leyk-Elsinordan olan 15 yaşlı Selesta Rivas Hernandezin qətli işində şübhəli bilinir.
HİT.az xəbər verir ki, onun bədəni sentyabr ayında ifaçının "Tesla" markalı avtomobilinin bagajında tapılıb. Bu barədə "ABC News" xəbər verir.
İstintaq davam etdiyi üçün hələlik heç kim həbs edilməyib. Los-Anceles dairəsinin məhkəmə-tibbi ekspertinin sözlərinə görə, ölüm səbəbi və vəziyyəti də naməlumdur.
Mənbələrin məlumatına görə, qızın bədəni parçalanıb. İstintaqçılar hesab edir ki, bu işə bir neçə adam qarışa bilər.
KİV həmçinin bildirir ki, bədənin müəyyən edilməsindən sonra – sentyabrın ortalarında – polis D4vd-in Los-Ancelesdəki evində axtarış keçirib, çünki qızın tapıldığı "Tesla" onun adına qeydiyyatdan keçib. Polis hesab edir ki, Selesta tapılanadək bir neçə həftədir ölü ola bilərdi.
Həmçinin daxili mənbələr bildirir ki, ifaçı istintaqla əməkdaşlıq etmir və onun vəkilləri "ABC News"un sorğularına cavab verməyib.
Buna baxmayaraq, hələ oktyabr ayında musiqiçinin meneceri bəyan etmişdi ki, D4vd ölüm maşınında tapılmış parçalanmış qız barədə heç nə bilmir, şəbəkədə yayılan söz-söhbətlərə baxmayaraq.
Samir

