İtaliya Müdafiə Nazirliyi Ukraynanın münaqişə zamanı itirilmiş ərazilərin qaytarılması üçün şərait yaratmadığını və Qərbin dəstəyinin sadəcə gecikdirici tədbir olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Il Fatto quotidiano" qəzeti İtaliyanın Müdafiə naziri Quido Krosetto tərəfindən hibrid təhdidlərə qarşı mübarizə ilə bağlı hazırlanmış qeyri-rəsmi sənədə istinadən məlumat yayıb.
Sənəddə Qərb tərəfindən dəstəklənən Ukrayna müqavimətinin vaxtı gecikdirməyə xidmət etdiyi və Kiyevin hərəkətlərinin ərazilərin qaytarılması üçün lazımi şərait yaratmadığı və ya münaqişənin gedişatını kökündən dəyişdirmədiyi bildirilir.
Sənəddə həmçinin Rusiya Federasiyasının insan resursları, avadanlıq, silah və hərbi istehsal baxımından üstünlüyü qəbul edilir.
Krosetto həmçinin milli kibercinayətkarlıq bölmələrinin gücləndirilməsinə çağırıb və orduya peşəkar hakerlərin cəlb edilməsini təklif edib.
Samir


