Rusiyanın NATO ilə müharibəsi Ukraynadakından daha sürətli olacaq - "Newsweek"

DÜNYA
18:20 / 20.11.2025
35

Rusiya ilə NATO arasında mümkün müharibə Rusiya Federasiyasının hazırda Ukraynada apardığı müharibədən əhəmiyyətli dərəcədə fərqlənəcək. 

HİT.az xəbər verir ki, bunu Britaniya hərbi strateqi Nikolas Drummond "Newsweek"ə bildirib.

"Ukraynadakı müharibədən səhv nəticələr çıxarmaq çox asandır", deyə Drummond cəbhə xəttindəki hadisələrin yavaş inkişafına toxunaraq əlavə edib ki, Rusiya silahlı qüvvələri ilə qarşıdan gələn münaqişə ilk həftələrdə aviasiyanın daha aktiv istifadəsi ilə sürətli olacaq.

Drummond "Newsweek"ə bildirib ki, Ukrayna ilə bağlı sülh razılaşması yaxın 12-18 ay ərzində əldə edilə bilər, çünki tərəflərdən heç biri cəbhə xəttindəki imkanlarının azalması nəzərə alınmaqla müharibəni davam etdirə bilməz. Lakin bu, Rusiyanın yenidən silahlanmasının nə qədər vaxt aparacağı və nə vaxt yenidən hücum edə biləcəyi ilə bağlı suallar doğurur.

Bəzi analitiklər bunun 10 ilə qədər çəkə biləcəyini desələr də, Drummond Çin, Şimali Koreya və İranın Moskvaya kömək etmək qərarına gəlsələr, bunun daha tez baş verə biləcəyinə inanır. "Çin zirehli texnika və raketlər istehsal edir", deyə o bildirib.

Drummond Ukraynadakı müharibənin "dronlarla Birinci Dünya Müharibəsi" adlandırıldığını, tez-tez səngər müharibəsini əhatə edən statik bir məhv müharibəsi olduğunu söyləyib. Lakin NATO fərqli olardı, deyə o bildirib.

"Əgər Rusiya həqiqətən də NATO ölkəsinə hücum etsəydi, biz buna çox sürətli manevr edilə bilən bir yanaşmaya sahib olardıq... Beləliklə, hər hansı bir münaqişənin ilk həftələrində aviasiyadan daha geniş istifadə və daha geniş güc tətbiqi görəcəyik", deyə ekspert bildirir.

Samir

0