Litva ölkədə sülh əldə edildikdən sonra Ukraynaya 10 il dəstək verəcəyinə söz verib və Vilnüs Kiyevə yardımını artırmaq niyyətindədir.
HİT.az xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris bunu açıqlayıb.
"Bəzi insanlar səhvən atəşkəs əldə edildikdən sonra dəstəyin azalacağına inanırlar. Xeyr, artacaq. Litva Ukraynaya 10 il dəstək verəcəyinə söz verib", deyə o bildirib.
Budris qeyd edib ki, ABŞ-ın Ukrayna üçün yeni planının müzakirələri fonunda Avropa yalnız Kiyevə yardımını artırmalıdır. Lakin nazir hesab edir ki, sülh danışıqları AB və Ukrayna olmadan mümkün deyil.
Qərb mediası ABŞ və Rusiyanın Ukraynadakı münaqişənin həlli üçün yeni 28 maddəlik plan hazırladığını bildirib. Bunlar dörd hissəyə bölünür: respublikada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və Vaşinqtonun Moskva və Kiyevlə gələcək münasibətləri. Həmçinin bildirilib ki, ordu katibi Daniel Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti Kiyevə gəlib.
Samir


