Kompüter dövrünü başlatmış maşının satışı məhkəməyə "ilişdi"

DÜNYA
20:39 / 21.11.2025
21

Kompüter dövrünün təməllərini 17-ci əsrdə qoyan, dünyanın ilk hesablama maşınlarından biri, Parisdə baş verən hüquqi mübarizə nəticəsində satış masasında qalıb. Milyonlarla avroluq dəyərə malik tarixi cihaz, alimlərin "milli xəzinə" etirazına ilişib və Fransadan kənara çıxarılması müvəqqəti olaraq dayandırılıb. Bu vəziyyət, tarixi əsərin ticarı dəyəri ilə milli irs dəyəri arasındakı qarşıdurmanı aşkar şəkildə ortaya qoyur.

HİT.az cəbər verir ki, söhbət açılan əsər, 1642-ci ildə, daha 19 yaşında olan dahi riyaziyyatçı Blez Paskal tərəfindən ixtira edilən "La Pascaline" adlı maşındır. Paskalın mexaniki hesablamanı insan ağlıının yerinə qoyma yolundakı bu təşəbbüsü, texnologiya tarixi üçün bir "kvantum sıçrayışı" xarakteri daşıyır.

Kristi hərrac evi bu cihazı "indiyə qədər açıq artırmada təqdim olunan ən mühüm elmi cihaz" kimi xarakterizə edirdi və maşından hazırda dünyada cəmi doqquz ədəd qalıb. Mərhum Kataloniya kolleksioner Leon Parsenin kitabxanası üçün təşkil olunan hərracda yer alması planlaşdırılan La Pascaline üçün təxminlər 2 ilə 3 milyon avro, yəni təxminən 85 - 110 milyon TL aralığında idi. Hərracda eyni zamanda Paskalın məşhur fəlsəfi əsəri "Pensees"in ilk çap olunmuş versiyası da var idi.

Maşının yüksək qiymət gözləntisi, alimləri və tədqiqatçıları hərəkətə gətirib. Mütəxəssislər, tarixi cihazın La Pascaline-in milli irs qorunması altına alınmasını müdafiə edərək, qanuni müraciət ediblər.

Daha əvvəl Fransa Mədəniyyət Naziri, Luvr muzeyindən mütəxəssislər də daxil olmaqla iki peşəkarın təsdiqini alaraq, maşın üçün ixrac icazəsi vermişdi. Lakin Çərşənbə günü yığılan Paris inzibati məhkəməsi, nazirliyin bu icazəsini müvəqqəti olaraq dayandırıb.

Məhkəmə açıqlamasında, hakimin ixrac sertifikatının qanuniliyi mövzusunda "ciddi şübhələr" daşıdığı qeyd olunub. Qərar, "La Pascaline"in tarixi və elmi dəyərinin, onu Fransa irs qanunu çərçivəsində qorunma altına alan "milli bir xəzinə" kimi xarakterizə edilə biləcəyi nəticəsinə gəlir.

Qərarın dərhal ardınca Kristi sözcüsü, məhkəmə qərarının müvəqqəti xarakteri səbəbilə və müştərisinin təlimatları istiqamətində "La Pascaline"in satışını dayandırdığını elan edib. Məhkəmə dosyesində iddiaçı kimi qeyd olunan Fransız irs qrupu "Association Sites & Monuments" isə bu qərarı böyük bir məmnuniyyətlə qarşılayır.

Yekun qərər verilənə qədər, kompüter dövrünün sələfi olan bu tarixi maşın, tapındığı ölkədə qalmağa davam edəcək.

Samir

0