Finlandiyanın Müdafiə və Ətraf Mühit Nazirliklari, qurudulmuş bataqlıqların Rusiya tankları qarşısında təbii maneə kimi istifadə edilə biləcəyini araşdırır.
HİT.az xəbər verir ki, bu barədə "Yle" yazıb.
Bu ideyanı artıq Polşa və Estoniya rəsmiləri dəstəkləyib. Şərqi Laplandiyanın Rusiya ilə sərhədində təxminən 100 min hektar qurudulmuş bataqlıq yerləşir. Finlandiyanın Hərbi Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi Pekka Toveri, onların ağır texnika üçün ciddi bir maneə olacağını vurulayaraq, NATO-nun onların bərpası üçün vəsait ayırmasına çağırıb.
Ərazisində qurudulmuş bataqlıqlar yerləşən xüsusi meşə torpaqlarının sahibləri bu təşəbbüsə qarşı çıxaraq, qış dövründə bataqlıqlın donduğunu və texnika üçün maneə təşkil etmədiyini bildirirlər. Onlar həmçinin hesab edirlər ki, potensial Rusiya hücumunda əsas nəqliyyat arteriyalarından, meşələrdən deyil, istifadə olunacaq.
Eyni zamanda, Avropa İttifaqının Təbiətin Bərpası haqqında qaydaları artıq Helsinkidən bir neçə milyon hektar bataqlığın bərpasını tələb edir ki, bu da Finlandiya büdcəsi üçün əhəmiyyətli bir yük ola bilər.
2024-cü ilin noyabrında Finlandiya prezidenti Aleksandr Stubb ölkəsinin Rusiya ilə sərhədi minələyə biləcəyini bildirmişdi. 2025-ci ilin iyununda Finlandiya Piyada əleyhinə minlər haqqında Ottava Konvensiyasından çıxdı. Artıq 2026-cı ilin yanvarında onları yenidən silahlanmaya qaytara bilər.
Samir


