Britaniya müharibə bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazırlaşır - "Bloomberg"

DÜNYA
12:50 / 21.11.2025
30

Böyük Britaniya Ukraynaya hansı hərbi bölmələri göndərə biləcəyini müəyyən edib və sülh danışıqları uğurla nəticələndikdə tez bir zamanda qoşun yeritməyə hazırdır. 

HİT.az xəbər verir ki, bunu "Bloomberg" yazıb.

Müdafiə Naziri Con Hili bildirib ki, Böyük Britaniya sözdə "istəklilər koalisiyası" çərçivəsində Ukraynaya qoşun göndərmək planlarını yeniləyib. Silahlı Qüvvələrin Komandanlığı hansı kontingentin göndəriləcəyini və onların qərargahlarının harada yerləşəcəyini müəyyən edib.

Onun sözlərinə görə, planlar Ukraynanın ehtiyacları nəzərə alınmaqla koalisiyanın digər üzvləri ilə yekunlaşdırılacaq və hər hansı bir sülh müqaviləsinin şərtlərindən asılı olaraq düzəliş ediləcək.

"Bu planlar o deməkdir ki, sülh başlayan zaman biz hazır olacıq. Planlar uzunmüddətli perspektivdə bu sülhü təmin etmək üçün Britaniya qoşunlarının Ukraynaya yeridilməsi imkanını əhatə edir", deyə Hili bildirib.

O, həmçinin bildirib ki, Britaniya Ukraynaya öz qoşunlarını göndərməyin ilkin xərclərini ödəmək üçün 100 milyon funt sterlinqdən (130 milyon ABŞ dolları) çox vəsait sərf etməyə hazırlaşır.

Planlara aşağıdakılar daxildir:

* Britaniya zabiti tərəfindən idarə olunan koordinasiya qrupunun yaradılması;
* Ukrayna hərbçiləri üçün maddi-texniki təminat, silahlanma və təlim mütəxəssislərinin təqdim edilməsi;
* Normal beynəlxalq aviaümunənin bərpa edilməsinə şərait yaradacaq hava məkanının nəzarət altında saxlanılması;
* Ukrayna limanlarına və onlardan çıxan dəniz yollarının təhlükəsizliyini və minatanın təmizlənməsini təmin etmək üçün Qara dənizdəki operativ qrupun tərkibinin genişləndirilməsi.

Samir

0