"Qəzza Zolağındakı vəziyyət kövrək və mürəkkəb olaraq qalır, lakin dəfələrlə atəşkəsin pozulmasına baxmayaraq, atəşkəs davam edir".
HİT.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Maykl Valts "Bloomberg"ə verdiyi müsahibədə bildirib.
"İndi vəziyyət kövrək və mürəkkəbdir. Amma atəşkəs davam edir və girovlar buraxılıb", deyə o vurğulayıb.
18 noyabrda BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzzada nizamlanma planını dəstəkləyən qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü lehinə səs verib, Rusiya və Çin isə bitərəf qalıb.
Qətnamədə Qəzzada müvəqqəti "sülh şurası"nın yaradılması və iki illik mandatla beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi tələb olunur. Sənəddə iki dövlətli həlldən bəhs edilmir və Fələstin dövlətçiliyi uzaq perspektiv kimi qəbul edilir. Trampın 20 maddəlik planı HƏMAS-ın Zolağa rəhbərlik etməsinin qarşısını alır.
Samir


