"Çin heç vaxt Rusiya və ya Ukraynaya ölümcül silahlar tədarük etməyib".
HİT.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
O, vurğulayıb ki, Çin münaqişə tərəflərindən heç birinə ölümcül silahlar tədarük etməyib və ikili təyinatlı mallara ciddi nəzarət edir.
Bu, Çin Xarici İşlər Nazirliyinin sözçüsünün Kiyevin bu yaxınlarda Rusiya hərbi qulluqçuları tərəfindən istifadə edilən Çin istehsalı olan "Type-63" çoxməqsədli raket sistemini (MLRS) məhv etməsi ilə bağlı Ukraynanın iddialarına münasibətidir.
İyul ayında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Çin Xalq Respublikasının Ukraynadakı münaqişə tərəflərinə heç vaxt ölümcül silahlar tədarük etmədiyini bildirib.
Quo Ciakun vurğulayıb ki, Çin həmişə Ukraynadakı hadisələrlə bağlı sülh danışıqlarının irəliləməsinə sadiq olub, heç vaxt münaqişə tərəflərinə ölümcül silahlar tədarük etməyib və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.
Samir


