Finlandiya Müdafiə Naziri Antti Hakkanen hökuməti Rusiya vətəndaşlarının mənzil şirkətlərindəki səhmlər vasitəsilə mənzil almasına icazə verilməsini yenidən nəzərdən keçirməyə çağırıb.
HİT.az xəbər verir ki, o, fərdi mənzillərin daha böyük əmlaklarla eyni təhlükəsizlik təhdidi yaratmadığını, lakin bu məsələnin də həll edilməli olduğunu bildirib.
Bu ilin iyul ayında Hakkanen Rusiya Federasiyası, Belarus Respublikası və bir sıra digər ölkələrin vətəndaşları üçün daşınmaz əmlak əməliyyatlarına qadağa qoyulduğunu elan edib.
Hakkanen qeyd edib ki, bu, Finlandiya hakimiyyətinin çoxdan təxirə saldığı vacib bir islahatdır. Nazirin sözlərinə görə, qanun milli təhlükəsizliyin gücləndirilməsinə yönəlib.
Dəyişikliklər Finlandiya Müdafiə Nazirliyi tərəfindən hazırlanıb. Finlandiya parlamenti onları 11 aprel 2025-ci ildə təsdiqləyib.
Samir


