"Titanik" tam 110 il əvvəl batıb, lakin məşhur fəlakətin detalları yalnız "OceanGate" şirkətinin "Titan" batiskafı ilə baş verən faciədən sonra məlum olub.
HOT.az NOAA-ya istinadən əvvəllər geniş ictimaiyyətə məlum olmayan bir sıra kəşflər haqqında məlumat verir.
Tarixi məlumatdan göründüyü kimi, "Titanik" öz dövrünün ən böyük okean layneri olub və buraxıldığı anda batmaz hesab olunurdu. Lakin 15 aprel 1912-ci ildə, ilk səfəri zamanı, gəmi aysberqlə toqquşub, nəticədə faciəvi qəza baş verib və təxminən 1500 nəfərin həyatını itirməsinə səbəb olub.
Məlumdur ki, "Titanik"in reysi Böyük Britaniyanın Sauthempton şəhərində başlayıb və son dayanacaq ABŞ-ın Nyu-York şəhəri olmalı idi. Yolda qısa mərhələlər var idi - La-Manş və İrlandiyanın Kork ərazisindəki Kobb limanından keçdi, oradan isə Atlantik okeanı ilə Nyu-Yorka qədər düz yol qalırdı.
"Iflscience" qeyd edir ki, əvvəllər bir çoxlarına elə gəlirdi ki, nəhəng buz parçaları "Titanik"i uzaq şimalda yaxalayıb. Lakin bu gün 20-ci əsrin əvvəllərinin ən böyük sərnişin gəmisinin qəzasının dəqiq yeri məlumdur.
Dörd gündən və 3200 kilometrdən çox yoldan sonra, "Titanik" Kanadanın şərq vilayəti Nyufaundlenddən 640 kilometr məsafədə bir aysberqlə toqqşub.
Qeydlərə görə, bortdakı 2201 sərnişindən 1489 nəfər soyuq suda qalıb və sonradan onlar batmış kimi qeydə alınıb. Lakin tədqiqatçıların müəyyən etdiyi kimi, təxminən 1500 nəfərin ölümünün əsas səbəbi suya batma nəticəsində hipotermiya olub:
"İnsanlar -2,2 °C (28 °F) temperaturda olan suya düşərək donaraq öldülər".
Başqa bir kəşf isə parçalanmış "Titanik"in qalıqlarının yatdığı dərinliyin dəqiq məlumatlarıdır. Bu məlumat "OceanGate" şirkətinin batmış "Titan" batiskafı ilə bağlı faciəvi hadisədən sonra əlçatan olub. Onun bortunda "OceanGate"in icraçı direktoru Stokton Raş, milyarder və tədqiqatçı Hemiş Hardinq, iş adamı Şahzada Davud və onun oğlu Süleyman, həmçinin tədqiqatçı Pol-Anri Narjole olub. CBS-nin bildirdiyinə görə:
"Titanik" qalıqları okeanın dibində səthdən təxminən 3810 metr dərinlikdə yatır və iki əsas hissə bir-birindən 790 metr məsafədə yerləşir".
Xatırladaq ki, 18 iyun 2023-cü ildə "Titanik" qalıqlarına eniş edən "Titan" batiskafı mühəndislik səhvləri nəticəsində partlayıb. Təhlil məlumatlarına görə, batiskafın korpusu suyun təzyiqinə davam gətirə bilməyib.
"Titan" batiskafının qalıqları, sərnişinlərin qalıqları ilə birlikdə, təhlil və partlayışın araşdırılması üçün Nyufaundlendin Sent-Cons şəhərinə gətirilib. Alimlər "Titan" fəlakətinə səbəb olan amilləri anlamağı və oxşar faciənin təkrarının qarşısını almağa kömək etməyi öhdələrinə götürüblər.
Samir


