Kolumbiyalı alimlər "gəmi qəzalarının Müqəddəs Kəlası" ləqəbli İspan qaleonundan, 11 milyon qızıl və gümüş sikkədən ibarət xəzinəsi 20 milyard dollar dəyərində qiymətləndirilən "San-Xose"dən ilk xəzinələri səthə çıxarıblar.
HİT.az xəbər verir ki, "Sky News" nəşrinin yazdığına görə, İspan donanmasının 64 top lu "San-Xose" adlı qaleonu 1708-ci ildə Kolumbiyanın Kartahena şəhəri yaxınlığında ingilislər tərəfindən batırılıb.
İndi isə qeyd olunur ki, Kolumbiyanın batmış gəmiyə təşkil etdiyi ekspedisiya ilk artefaktları aşkar edib: bir top, üç sikkə və bir neçə çini məmulatı.
Makukinas kimi tanınan sikkələr Kolumbiyanın Milli Muzeyinə çatdırılıb, digər tapıntılar isə Karib Okeanoqrafiya və Hidroqrafiya Tədqiqatları Mərkəzində öyrənilir və qorunur. Kolumbiya Antropologiya və Tarix İnstitutu bildirib ki, artefaktların laboratoriya təhlili gəminin tarixinə yeni işıq sala bilər.
Bəyanatda deyilir: "Gəmi qəzası yerində tapılan hər bir arxeoloji əşya 'San-Xose' qaleonunun tarixinin yeni aspektlərini açmaq üçün imkanlar yaradır".
Araşdırmaların sahəsi artefaktların tərkibini, onların istehsal mənbəyini, xronologiyanı və o dövrdəki istehsal texnologiyalarını əhatə edir.
Nəşr qeyd edib ki, "San-Xose" Karib dənizinin suları altında 600 m dərinlikdə yerləşir, lakin onun dəqiq yeri dövlət sirridir və batmış xəzinə üzərindəki mülkiyyət hüququ qızğın mübahisələrə səbəb olub. Xüsusilə, ABŞ, Kolumbiya və İspaniya məhkəmədə bu gəminin hüquqlarının kimə aid olduğunu müəyyənləşdirirlər.
"Sea Search Armada" adlı ABŞ investorlar qrupu iddia edir ki, gəmini 1982-ci ildə onlar aşkar ediblər və xəzinənin dəyərinin təxminən 50%-i qədər olan 10 milyard dollar kompensasiya tələb edirlər.
Kolumbiya hökuməti isə öz növbəsində bəyan edib ki, onların dərin dəniz missiyasının məqsədi xəzinə axtarışı deyil, tədqiqatdır və artefaktlar qorunacaq və öyrəniləcək.
Samir

