Senator: ABŞ-ın və dünyanın Rusiyaya qarşı çoxlu "kozır"ları var

DÜNYA
18:58 / 25.11.2025
48

Respublikaçı senator Lindsi Qrem ABŞ-ın Rusiyaya qarşı oynaya biləcəyi "çoxlu kozırları" olduğunu bildirib.

HİT.az xəbər verir ki, o, bu barədə sosial media səhifəsində yazıb.

O, Cenevrədə keçirilən danışıqları alqışlatyıb, lakin Rusiya prezidenti Vladimir Putinin Ukraynanın təslim olmasında israr etdiyini bildirib. Senator bunun qarşısını almağa çağırıb.

"Bu baxımdan Amerikanın və dünyanın qalan hissəsinin Rusiyaya qarşı oynaya biləcəyi hələ çoxlu kozırları var. Ümid edirəm ki, tezliklə layiqli və ədalətli bir sülh tapa bilərik", deyə Qrem yazıb.

23 noyabrda Cenevrədə Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp arasında görüşdən əvvəl ABŞ sülh planının mətninin yekunlaşdırılması üçün danışıqlar aparılıb.

Dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Ordu katibi Daniel Driskol və digər ABŞ administrasiyasının rəsmiləri daxil olub. Ukrayna tərəfini Prezidentin Aparat rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirilo Budanov və digər rəsmilər təmsil ediblər. Müzakirə 26-28 bənddən ibarət ABŞ sülh planına yönəlıb.

Samir

0