Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiyanın dondurulmuş aktivlərini satmaq hüququ yalnız Avropa ölkələrinə məxsusdur.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, bu pul Avropa İttifaqında yerləşdiyindən və Avropa planına daxil edildiyindən, onun istifadəsi ilə bağlı son qərarı Aİ ölkələri verməlidir.
Makron əlavə edib ki, Aİ Rusiya aktivləri ilə nə edəcəyini müzakirə etməli və avropalıların təhlükəsizliyini təmin etməlidir: "Bu müzakirələrdən sonra hamımız birlikdə bunu Rusiyaya deməliyik".
"Bloomberg"in məlumatına görə, ABŞ sülh planının orijinal versiyasında dondurulmuş Rusiya aktivlərindən təxminən 100 milyard dolların Ukraynanın Bərpa Fonduna ayrılması ilə bağlı bənd var idi. Bu bəndə əsasən, ABŞ bu puldan əldə edilən mənfəətin 50%-ni alacaqdı, lakin bu bənd sonradan yenidən işlənmiş sənəddən çıxarılıb.
Samir


