Müalicəyə davamlı göbələk Avropada sürətlə yayılır

DÜNYA
19:44 / 26.11.2025
25

Müalicəyə yüksək dərəcədə davamlı, təhlükəli göbələk olan Trichophyton indotineae Avropada yayılır. 

HİT.az xəbər verir ki, "The Sun" qəzetinin məlumatına görə, artıq "super göbələk" adlandırılır.

Mançester Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Devid Denninqə görə, bu növ göbələk qırmızı, qaşınan səpgilərə səbəb olur. Onlar əsasən qasıqda, budda və ombada görünür.

Nəşr iddia edir ki, Birləşmiş Krallıqda Trichophyton indotineae infeksiyası halları son üç ildə təxminən 500% artıb. Göbələk yoluxmuş şəxslə birbaşa təmas, çirklənmiş səthlər və ya cinsi əlaqə yolu ilə yayılır.

Denninq göbələyin yayılmasının dünya miqyasında böyük bir problemə çevriləcəyinə əminliyini ifadə etdi.

Sentyabr ayında Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) dördüncü icmalını dərc edib və bu araşdırma Candidozyma auris (əvvəllər Candida auris) göbələyinin Avropa xəstəxanalarında sürətlə yayıldığını və xəstələr və səhiyyə sistemləri üçün ciddi təhlükə yaratdığını təsdiqləyib.

Samir

0