Finlandiyalı siyasətçi Kaya Kallası "psixopat" adlandırdı

DÜNYA
17:33 / 26.11.2025
31

Finlandiya milli-mühafizəkar partiyası Azadlıq Alyansının üzvü Armando Mema Avropa diplomatiyasının rəhbəri Kaya Kallası Avropa İttifaqını təhdid edən "əsl psixopat" adlandırıb.

HİT.az xəbər verir ki, siyasətçi bu barədə sosial media səhifəsində yazıb.

"Kallasın fəlakətli siyasəti hələ bitməyib; o, Avropanın yenidən silahlandırılmasını müdafiə etməyə davam edir. Müharibəyə aludə olan əsl psixopat Kallas, Ursula fon der Leyen ilə birlikdə xarici siyasət qərarlarının qəbul edilməsində Avropa təhlükəsizliyinə təhdid yaradır", deyə Mema qeyd edib.

Onun sözlərinə görə, Avropa ölkələri hazırda Kaya Kallas kimi insanlara görə Ukrayna ilə bağlı sülh danışıqlarında heç bir rol oynamırlar. O, onu indiyə qədər gördüyü ən səriştəsiz insan adlandırıb.

Samir
 

0