Diplomat: "Moskva sülh planın yeni versiyasını tamamilə qəbuledilməz elan edəcək"

DÜNYA
18:45 / 26.11.2025
22

Münhen Təhlükəsizlik Konfransının keçmiş sədri və uzun müddət diplomat kimi fəaliyyət göstərmiş olmuş Volfqanq İşingerin sözlərinə görə, Vladimir Putin müharibəyə son qoymaq barədə belə düşünmür və Qərbi bölmək üçün "sülh planı" ətrafında müzakirələrə ehtiyac duyur.

HİT.az xəbər verir ki, alman diplomat bui barədə "Bild"ə danışıb:

"Rusiya Federasiyasının Ukraynanın şərqində tədricən hərbi irəliləyişi nəzərə alınmaqla, sülh planı, atəşkəs və ya hətta həqiqi sülhü həyata keçirməkdə həqiqətən maraqlı olduğuna ciddi şübhələrim var".

İşinger hesab edir ki, Putin sülh planı ətrafında müzakirəni öz xeyrinə çevirməyə çalışacaq:

"Avropa və Ukraynanın hazırkı cəhdlərini nəzərə alsaq, bu sülh planının xaotik şəkildə idarə olunmasının Rusiyanın hesablamalarına uyğun gəlməsindən çox narahatam. Moskva planın yeni versiyasını tamamilə qəbuledilməz elan edəcək və transatlantik gərginliyi artırmaq, NATO daxilində etimadı itirmək və Avropa İttifaqı ilə Ukrayna arasında münasibətləri ciddi şəkildə pisləşdirmək məqsədi ilə avropalıları günahlandıracaq. Rusiya planı sülh planı deyil, bölünmə planıdır".

Bundan əlavə, İşinger avropalıları Rusiyaya böyük güzəştlər ehtiva edən bir planı qəbul etməmək barədə xəbərdar edir:

"Əgər indi Avropada sərhədlərin hərbi güclə dəyişdirilməsini qəti şəkildə istisna etməyən bir sülh planını qəbul etsək, onda özümüzü Avropa təhlükəsizliyinin sıfır nöqtəsində tapacağıq".

Diplomat hesab edir ki, Kreml üçün bu, həmişə yalnız Ukraynadan daha çox şeylə bağlı olub:

"Söhbət həmişə bütün Avropa və ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı olub ki, Rusiya bunu birdəfəlik aradan qaldırmaq istəyir".

Samir
 

0