Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Ukraynadakı münaqişənin həlli tələblərində diqqətli olacağına ümid etdiyini bildirib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, bu məsələ çətin qərarlar tələb edir.
"Son hadisələrə əsasən ümid edirəm ki, hər şey yaxşı olacaq. Amerikalılar diqqətli davransa, bunun çətin bir məsələ olduğunu və çətin qərarlar tələb etdiyini başa düşəcəklər", deyə Lukaşenko Bişkekdə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
İki prezident arasında görüş Bişkekdəki Ala-Arça iqamətgahında keçirilib. Vladimir Putin Qırğızıstana üç gün, 25-27 noyabr tarixlərində yollanıb. O, belaruslu həmkarı ilə ikitərəfli əməkdaşlıq və Ukrayna nizamlama prosesini müzakirə edib.
Samir


