Macarıstan Serbiyaya neft təchizatında kömək edəcəyinə söz verdi

DÜNYA
20:58 / 26.11.2025
19

Macarıstanın xarici işlər naziri Peter Siyarto sabah Serbiyaya səfər edəcək. 

HİT.az xəbər verir ki, o, Serbiyanın MİS-ə qarşı sanksiyalar səbəbindən neft təchizatı problemləri fonunda Belqrada yardım məsələsini müzakirə edəcək.

Siyarto Avropa İttifaqını (Aİ) Macarıstanın neft təchizatı marşrutlarını ikidən birə endirməyə çalışmaqda günahlandırııb. O, bunun ölkəni həssas vəziyyətdə qoyacağını deyib. "Serbiya bunun bariz nümunəsidir. Sanksiyalar onların yeganə boru kəmərini bağladıqda, onlar ciddi çətinliklərlə üzləşdilər", deyə Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç X sosial media saytında nazirin sözlərini sitat gətirib.

"Macarıstan Serbiyaya kömək edir və Peter Siyartonun səfəri zamanı bu dəstəyin təfərrüatlarını müzakirə edəcək. Əgər bir ölkə bir boru kəmərinə güvənirsə, o, son dərəcə həssas olur", deyə o, əlavə edib.

ABŞ ilin əvvəlində MİS-ə qarşı sanksiyalar tətbiq etdi; onlar oktyabr ayında qüvvəyə mindi. Neft emalı zavodunun ortaq sahibləri arasında "Qazprom Neft" (44,85%) və Serbiya hökuməti (29,87%) var. ABŞ məhdudiyyətləri aradan qaldırmaq üçün rusiyalı səhmdarların NIS-dən tamamilə çıxmasını tələb edib. Serbiya Energetika Nazirliyi NIS-in rusiyalı sahiblərinin öz paylarını satmağa hazır olduqlarını bildirib. Bu həftə Serbiya alıcı tapmaq üçün ABŞ-dan 50 gün vaxt istəyib. Dünən NIS neft emalı zavodu istehsalı dayandırıb.

Samir

0