Merz: Avropa "piyada" deyil, beynəlxalq səhnədə suveren oyunçudur

DÜNYA
16:18 / 26.11.2025
22

"Avropa beynəlxalq səhnədə "piyada" (şahmat fiquru) deyil, tam hüquqlu suveren bir qurumdur".

HİT.az "Politico"ya istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bunu deyib.

"Ukrayna, Avropa və Amerika ilə ittifaqımız üçün bu taleyüklü anda mən də aydınlaşdırmaq istəyirəm ki, Avropa məsələləri ilə bağlı qərarlar yalnız Avropa ilə məsləhətləşmələr yolu ilə verilə bilər. Avropa "piyada" deyil, öz maraqlarını və dəyərlərini həyata keçirən suveren bir qurumdur", deyə o vurğulayıb.

Almaniya Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, Ukraynanın razılığı olmadan və avropalıların razılığı olmadan böyük dövlətlər arasında bağlanan müqavilə Kiyev üçün həqiqətən davamlı sülh üçün əsas yaratmayacaq.

26 noyabrda Almaniya kansleri Bundestaqda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı münaqişənin həlli ilə bağlı müraciət edib.  Kansler Rusiyanın münaqişəni bir neçə dəqiqəyə bitirə biləcəyini deyib. Siyasətçi həmçinin Kiyevi mümkün qədər dəstəkləyəcəyinə və bu məqsədlə dondurulmuş Rusiya aktivlərindən istifadə edəcəyinə söz verib.

Samir

0