Pavel Durov: Aİ uşaqları qorumaq bəhanəsi ilə kütləvi nəzarət və senzuranı təşviq edir

DÜNYA
19:38 / 27.11.2025
41

"Telegram"ın təsisçisi Pavel Durov Avropa İttifaqının internet tənzimləmə siyasətini kəskin tənqid edib. 

HİT.az xəbər verir ki, o, özünün X sosial media hesabında (əvvəllər Twitter) Brüsselin uşaqların müdafiəsindən kütləvi nəzarət və senzuranı təşviq etmək üçün istifadə etdiyini iddia edib.

Bu açıqlamaya Danimarkanın hakim Sosial Demokrat Partiyasının təşəbbüslərini tənqid edən danimarkalı yazıçı və proqramçı David Heinemeier Hanssonun paylaşımı səbəb olub. Hansson qeyd edib ki, oxşar tədbirləri təşviq edən eyni partiyanın keçmiş yüksək vəzifəli üzvü minlərlə uşaq pornoqrafik material saxladığına görə məhkum edilib.

Durov bu mövqeyi dəstəkləyərək, Aİ-nin uşaqların müdafiəsi ilə bağlı insanların emosiyalarından kütləvi nəzarət sistemlərini tətbiq etmək üçün istifadə etdiyini iddia edib. O, həmçinin qeyd edib ki, nəzarət qanun layihələri kommunikasiyaları skan edilməyəcək Aİ rəsmiləri üçün istisna təklif edir. "Telegram"ın təsisçisinin sözlərinə görə, bu fakt Avropa tənzimləyicilərinin əsl motivlərini izah edir.

"Aİ kütləvi nəzarət və senzuranı inkişaf etdirmək üçün insanların uşaqların müdafiəsi ilə bağlı güclü emosiyalarından istifadə edir. Onların nəzarət qanunları Aİ rəsmilərini öz rabitələrini skan etməkdən rahat şəkildə azad edir və Devidin paylaşımı bunun səbəbini izah etməyə kömək edir", deyə Durov yazıb.

Samir
 

0