Rusiya Çin vətəndaşları üçün viza rejimini ləğv edib.
HİT.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Çin vətəndaşları turistik və ya işgüzar məqsədlərlə Rusiyaya 30 gündən çox olmayan müddətə viza rəsmiləşdirmədən getmək hüququ əldə ediblər.
Xatırladaq ki, Çin bu il sentyabrın 15-i Rusiya vətəndaşları üçün viza rejimini ləğv etmişdi. Hər iki qərar 14 sentyabr 2026-cı il tarixinədək qüvvədə olacaq.


