İllərdir gizli saxlanılan hökumət sirrləri, qeyri-adi uçan obyektlər və düşən UNO texnologiyaları barədə fərziyyələr yeni bir sənədli filmlə gündəmə gələn iddialarla daha da alovlanıb.
HİT.az xəbər verir ki, rejissor Dan Farah dörd il ərzində ABŞ hökuməti və hərbi çevrələrdə yüksək vəzifəli şəxslərlə gizli müsahibələr apararaq topladığı məlumatları üzə çıxardığını bildirir.
"Joe Rogan Experience” podkastında danışan Farah adının açıqlanmasını istəməyən mənbələrə əsasən, 1950-ci illərdə aparılan nüvə sınaqlarının gizli məqsədinin yadplanetli uçan aparatları təsirsiz hale gətirmək potensialını yoxlamaq olduğunu iddia edib. Farahın sözlərinə görə, atom silahlarının sınaqları UNO-ları vurub yerə sala biləcək “dalğalanma effekti” yaradırdı. O, ABŞ ordusunun yüksək hündürlükdə nüvə partlayışları həyata keçirərək — və rusların da buna bənzər sınaqları izləyərək — UNO-ları tədqiqat üçün endirməyə çalışdığını söyləyib. Farah həmçinin belə fəaliyyətlərin təsadüfən yeni bir nüvə qarşıdurmasını qızışdıra biləcəyini və ya üstün bir növlə toqquşma riski yarada biləcəyini vurğulayıb.
Bu ay yayımlanan “The Age of Disclosure” (“İfşa çağı”) adlı sənədli filmdə Farah 80 illik qlobal yadplanetli ört-basdır siyasətinin və düşmüş UNO qalıqlarından əldə edildiyi iddia edilən texnologiyaların təfərrüatlarını təqdim etdiyini deyir. O bildirir ki, nüvə partlayışları ABŞ və xarici kəşfiyyat qurumları tərəfindən qabaqcıl texnologiya əldə etmək məqsədilə bilərəkdən həyata keçirilirdi. Farah Enerji Nazirliyinin hesabatına istinad edərək, Amerikanın 1945–1992 illəri arasında 1.054 nüvə sınağı apardığını və onların bəzilərinin yüksək irtifada baş tutduğunu qeyd edir. Həmin partlayışların nüvə obyektləri üzərində müşahidə olunan naməlum uçan vasitələrdən sonra gerçəkləşdiyi iddia olunur. O, müdafiə və nüvə texnologiyalarındakı irəliləyişlərin izlənildiyini də bildirib. Farah sualtı nüvə sınaqlarının da UNO-ların okeana daxil-çıxışları ilə əlaqəli ola biləcəyini iddia edir.
Konqres üzvü Tim Burxettin ABŞ sahillərində beş və ya altı sualtı UNO bazası olduğu iddiasına da toxunulub, lakin bu barədə hər hansı fiziki sübut təqdim edilməyib.
Farah dövlət katibi Marko Rubio və milli kəşfiyyat direktoru Ceyms Klapper kimi rəsmilərin dünya ölkələrinin əldə olunmuş yadplanetli texnologiyanı təkrarlamaq üçün yeni bir Soyuq müharibəyə sürükləndiyini etiraf etdiyini iddia edir. Həmin rəsmilər bu gizli Soyuq müharibənin əvvəlki nüvə silahlanması yarışından daha əhəmiyyətli ola biləcəyini söyləyirlər. farahın sözlərinə görə, abd, rusiya və çin qeyri-insani texnologiyanı silahlandırmaq yarışındadır və orbitdə görünən bəzi naməlum obyektlərin əslində tərsinə mühəndislik əsasında hazırlanmış, test mərhələsində olan insan istehsalı vasitələr olduğu düşünülür. Rubio xüsusilə çinin bu sirləri ABŞ-dan əvvəl həll edəcəyindən narahat olduğunu və bunun “fəlakət” ola biləcəyini deyib.
Samir


