Mövcud dinamika davam edərsə, 2025-ci ildə Rusiyadan Avropa İttifaqına boru kəməri qazının ixracı 2024-cü illə müqayisədə 44% azala bilər.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
"Entsog Avropa" qaz nəqli qrupunun məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında Rusiya Türk Axını vasitəsilə Avropa İttifaqına 16,3 milyard kubmetr qaz ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyard kubmetr çoxdur. Eyni zamanda, noyabr ayında Rusiyanın "mavi yanacağı"nın Aİ-yə ixracının həcmi oktyabr ayının göstəricilərinə uyğun olub.
Nəşr xatırladır ki, Ukrayna 1 yanvar 2025-ci ildə başa çatan Moskva ilə tranzit müqaviləsini uzatmamaq qərarına gəldikdən sonra TürkAxını Rusiya qazının Avropaya yeganə tranzit yoludur.
"Reuters"in hesablamalarına görə, Rusiya qazının da Ukraynadan nəql edildiyi 2024-cü ildə "Qazprom"un Avropaya qaz ixracı 13% artaraq təxminən 32 milyard kubmetrə çatıb. Nəşrin hesablamalarına görə, mövcud dinamika qorunmaq şərti ilə bu rəqəm cari ilin sonunda 18 milyard kubmetri keçməyəcək.
Jurnalistlər xatırladır ki, Rusiyanın Avropaya boru kəməri ilə qaz ixracı 2018-2019-cu illərdə pik həddə çatıb və ildə 175-180 milyard kubmetrdən çox təşkil edib. Rusiyanın neft və qaz gəlirləri Ukraynaya qarşı müharibənin əsas maliyyələşdirmə mənbəyidir.
Samir


