Latviya Dövlət Radio və Televiziyası (LSM) 2026-cı ildən etibarən rus dilində yayımı dayandıracaq.
Hit.az xəbər verir ki, bu barədə LSM-in Korporativ Kommunikasiyalar üzrə rəhbəri Raina Anna Lokmele məlumat verib.
Şirkət struktur dəyişiklikləri gözləyir və bunun nəticəsində LSM 36 işçi ilə müqavilələri ləğv edəcək.
Dəyişikliklər "funksiyaların birləşdirilməsi, təkrarlanmanın azaldılması, resurslardan daha səmərəli istifadə və bütün dillərdə kontent yaradılması üçün vahid model"i əhatə edir, deyə o vurğulayıb.
2026-cı ildən etibarən rusdilli kontent yalnız rəqəmsal formatda təqdim olunacaq.
Əvvəllər Latviya hakimiyyətinin Rusiyaya aparan dəmir yolu xəttini sökməyi planlaşdırdığı bildirilirdi. Müvafiq açıqlamanı Latviya Prezidenti Edqars Rinkeviçs verib. Eyni zamanda, Latviya öz mövqeyini Litva və Estoniya ilə əlaqələndirəcək.
Latviya hakimiyyəti həmçinin Rusiya və Belarusla sərhəd boyunca hava məkanında axşam və gecə uçuşlarına qoyulan qadağanı daha bir həftə uzadıb.
Samir


