Bayramlardan sonrakı səyahət üçün dünyanın 10 ən yaxşı məkanı

DÜNYA
19:00 / 03.12.2025
29

Yanvar adətən səyahətlər üçün sakit ay hesab olunur, çünki bir çox insanlar bayramlardan sonra əlavə xərclərə hazır olmur. Lakin ekspertlərin fikrincə, ilin ilk ayı səfərlər üçün ən sərfəli dövrlərdən biridir.

Hit.az xəbər verir ki, dünyanın ən böyük turizm nəşrlərindən olan "Lonely Planet" Milad və Yeni il bayramlarından sonra səyahət üçün dünyanın on ən yaxşı məkanının siyahısını açıqlayıb.

Siyahıya həmişə isti olan İspaniyanın Kanar adaları başçılıq edir. Turizm ekspertləri soyuq Avropa qışından qaçmaq istəyənlər üçün bu istiqaməti tövsiyə edir. Yanvar burada kite-sörfinq və vind-sörfinqdən tutmuş, qızılı sahillər və vulkan mənzərələri boyunca piyada və velosiped yürüşlərinə qədər bir çox fəaliyyət üçün əlverişlidir.

Müəlliflərin qeydinə görə, yanvar bu Avropanın nadir isti guşəsində mövsimin qızğın vaxtıdır, buna görə də hotelləri əvvəlcədən bron etmək məsləhətdir və ya qərbdə yerləşən üç kiçik ada – ucqar El-Yerro, piyada yürüşləri sevənlər arasında məşhur La-Qomera və ya yaşıllığı ilə seçilən La-Palma – daha yaxşı seçim ola bilər.

2026-cı ilin yanvar tətili üçün 10 ən yaxşı məkan:

1.Kanar adaları, İspaniya – Avropa adalarında dincəlmək üçün.

2.Cenoa, Çinkve-Terre və Liguiriya Alpları, İtaliya – aşağı mövsümdə İtaliya səfəri üçün.

3.Arizona və Yuta, ABŞ – qış gəzintiləri üçün.

4.Budapeşt, Macarıstan – termal vannalar üçün.

5.Laos – məbədlər və dağlar üçün.

6.Anqilya – Karib istirahəti üçün.

7.Şri-Lankanın cənub-qərbi – vəhşi təbiəti izləmək üçün.

8.Keniya dağı, Keniya – zirvəyə qalxmaq üçün.

9.Tyubu, Yaponiya – qar həvəskarları üçün.

10.Svalbard, Norveç – şimal işıqlarını müşahidə etmək üçün.

Samir

0