XX əsrin 50-ci illərində ABŞ Ay səthində hidrogen bombasının partladılması ideyasını ciddi şəkildə nəzərdən keçirib.
Hit.az xəbər verir ki, bu barədə “Wion” resursu məlumat yayıb.
Sənədlərə əsasən, son dərəcə gizli “A119” layihəsi çərçivəsində ABŞ 1969-cu ildə Nil Armstronqun Aya enişindən çox əvvəl orada bomba partlatmağı planlaşdırırdı.
Məqalədə bildirilir ki, 1950-ci illərdə SSRİ öz ilk kosmonavtlarını Aya göndərmək üzrə idi. ABŞ bunu böyük itki kimi qiymətləndirirdi və hidrogen bombasının — atom bombasından qat-qat güclü zərbənin — köməyi ilə Ayda nəhəng krater yaratmaq istəyirdi.
Məqsəd ABŞ-ın Ayda “öz ərazisini işarələməsi” idi. 1957-ci il 4 oktyabrda SSRİ dünyanın ilk peyki olan “Sputnik-1”i orbitə buraxdıqdan sonra ABŞ Hərbi Hava Qüvvələri alim Leonard Reyfel ilə birlikdə 1958-ci ilin mayından 1959-cu ilin yanvarınadək bu planın mümkünlüyünü araşdırmışdı.
Materialda deyilir ki, NASA hidrogen bombasını Ayın işıqlı və qaranlıq tərəflərinin sərhədində partlatmaq niyyətində idi. Beləliklə, Yerdən görünəcək son dərəcə güclü işıq şöləsi yaranacaqdı.
Müəlliflər izah edirlər: “Bu addım və əldə ediləcək nəticə hamıya, xüsusən də Sovet İttifaqına göstərməli idi ki, ABŞ-ın müharibələrdə üstünlük qazandıra biləcək texnologiyaları var və onları yüngül qəbul etmək olmaz”.
Xoşbəxtlikdən, NASA bu planı reallaşdırmayıb. ABŞ Hərbi Hava Qüvvələrində belə bir partlayışın Yer üçün də fəsadlar törədə biləcəyindən haqlı olaraq narahat idilər.
Qeyd edilir ki, “Sputnik-1”ə cavab olaraq irəli sürülən ideyalardan biri də sovet peykinin vurulması təklifi olmuşdu.
Samir


