Avropa İttifaqına üzv dövlətlər Rusiya qazının idxalını planlaşdırılandan daha tez dayandırmaq barədə razılığa gəliblər.
Hit.az bu badədə "Bloomberg"ə istinadən xəbər verir.
Əldə edilən razılaşmalar 2026-cı ilin sonuna qədər - Avropa Komissiyasının təklif etdiyindən bir il əvvəl - Rusiya maye qazının idxalına tədricən qadağa qoyulmasını nəzərdə tutur.
Uzunmüddətli müqavilələr çərçivəsində boru kəməri qazının idxalı 30 sentyabr 2027-ci ilə qədər dayandırılmalı və 1 noyabr 2027-ci ilə qədər uzadılması ehtimalı ilə - hər şey Avropa qaz anbarlarına nə qədər qaz vurulmasından asılıdır. Əvvəllər güman edilirdi ki, Aİ 2027-ci ilin dekabr ayının sonunda Rusiya qazına son "vida" edəcək.
"Nəhayət, nəhayət, Rusiya qazının kranını bağlayırıq... Avropa enerji təhlükəsizliyini və müstəqilliyini seçib. Biz heç vaxt qeyri-sabit təchizata və bazar manipulyasiyasına qayıtmayacağıq", deyə Aİ Enerji Komissarı Dan Yorqensen bildirib.
Avropa Komissiyası həmçinin 2026-cı ildə 2027-ci ilin sonuna qədər Rusiya neftinin idxalını tədricən dayandırmaq üçün qanunvericilik təklifi təqdim etməyi planlaşdırır.
Hələ də Rusiya "qara qızılı"nı idxal edən ölkələr Rusiya tədarükünü dayandırmaq üçün milli təchizat şaxələndirmə planları hazırlamalıdırlar.
Samir


