Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Rusiya enerji idxalını tədricən dayandırmaq qərarına qarşı məhkəmə prosesi başladacağını açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Söhbət Brüsselin Avropadan qadağan etmək istədiyi Rusiya təbii qazı və xam neftindən gedir. Bu qərarla bağlı Brüsseldə son səsvermə baş tutan kimi dərhal Aİ Ədalət Məhkəməsində etiraz edəcəyik. Dərhal məhkəmə prosesi başladacağıq. Artıq lazımi hüquqi işə başlamışıq, iş davam edir", Siyarto macar jurnalistlərinə bildirib.
Diplomat vurğulayıb ki, Rusiya mənbələri olmadan Macarıstanın enerji təchizatını təmin etmək mümkün deyil.
1 dekabrda Siyarto bildirib ki, Macarıstan enerji təchizatı və ölkənin qlobal təhlükəsizlik sistemindəki gələcək rolu səbəbindən Rusiya ilə əlaqələri kəsə bilməz.
Almaniya kansleri Fridrix Merzin Macarıstan Baş naziri Viktor Orbanın 28 noyabrda Aİ-nin təsdiqi olmadan Moskvaya səfər etməsi ilə bağlı açıqlamasına münasibət bildirən Siyarto vurğulayıb ki, Budapeştin hər hansı bir şey etmək üçün Berlindən icazə istəməli olduğu günlər geridə qalıb.
Samir


