Kallas və fon der Leyen arasında münaqişə gərginləşəcək - KİV

DÜNYA
18:14 / 03.12.2025
28

Avropa İttifaqında korrupsiya qalmaqalı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə ittifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas arasındakı münasibətləri daha da gərginləşdirəcək. 

HİT.az xəbər verir ki, "Politico" bu barədə dörd avropalı məmura istinadən yazıb.

Məqalə müəllifinin sözlərinə görə, bu "dastan" fon der Leyen ilə Kallas arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək.

Nəşr qeyd edib ki, şəffaflığı artıq şübhə altına alınan fon der Leyen qalmaqaldan qaçmaq üçün bir yol tapmalı olacaq. "Politico" mənbələrindən birinə görə, Aİ daxilində fon der Leyenə qarşı çıxan qüvvələr bu qalmaqaldan ona qarşı istifadə etməyə çalışacaqlar.

Dekabrın 2-də Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Moqerini hazırda rəhbərlik etdiyi Avropa Kollecindəki diplomatik təlim proqramı ilə bağlı fırıldaqçılıq işi ilə əlaqədar Belçikada həbs edilib. Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi Stefano Sannino da daxil olmaqla daha iki nəfər saxlanılıb. Müstəntiqlər Moqerinini korrupsiya, maraqların toqquşması və peşəkar sirrin pozulmasında şübhəli bilirlər. 

Samir
 

0