Kremlin Rusiya-Amerika görüşünə yalnız amerikalıları Ukraynaya təzyiqi artırmağa və onu əslində təslim olmağa inandırmaq üçün ehtiyacı var idi.
HİT.az xəbər verir ki, "The Washington Post" bunu analitiklərin fikirlərinə istinadən yazır.
"Putin müharibənin gedişatından razıdır. O, ayda üç dəfə hərbi forma geyinir və generallara xəritələr üzərində şəxsən komandanlıq edir", deyə Berlin Karnegi Mərkəzinin Rusiya-Avrasiya analitiki Aleksandr Baunov qeyd edir.
Analitiklərin fikrincə, hər iki tərəf üçün müharibə aparmağın xərcləri artıq onu davam etdirməyin siyasi praktikliyindən daha çoxdur. ABŞ-ı atəşkəsə nail olmaq üçün daha çox səy göstərməyə sövq edən də məhz budur. Lakin Moskva hələ də Ukraynanı məhv etmək niyyətindən əl çəkməyə hazır deyil.
"Putin nəyin bahasına olursa olsun sülh istəyən bir insan mövqeyində deyil, ona görə də hələlik müharibəni yalnız özünə uyğun şərtlərlə bitirməyə hazırdır. Bu sülhün şərtləri Ukrayna üçün ədalətsiz, alçaldıcı və Avropa üçün təhqiramiz olacaq. Lakin onlar 2022-ci ilin yazında paraflanmış İstanbul Sazişinin şərtlərindən daha az ədalətsiz, alçaldıcı və təhqiramiz olacaq", deyə Rusiya üzrə ekspert və London Universitet Kollecinin fəxri professoru Vladimir Pastuxov bildirib.
Pastuxov qeyd edir ki, ABŞ artıq Moskva və Kiyevə müharibəni bitirmək üçün "fürsət pəncərəsi" verib. Lakin analitik tərəflərin bu pəncərədən istifadə edəcəyinə inanmır.
Karnegi Mərkəzindən olan Tatyana Stanovanın sözlərinə görə, Moskva hazırda ABŞ-ı Kiyevə Rusiyanın şərtlərini sülhə aparan yeganə mümkün yol kimi qəbul etmək üçün təzyiq göstərməyə çalışır.
Samir


