Moskvanın Savyolovski Rayon Məhkəməsi rusiyalı reper Georgi Gergeti (Icegergert) cərimələyib.
Hit.az xəbər verir ki, sənətçi ekstremizmin təbliğində təqsirli bilinib.
Məhkəmə reperi 2 min rubl məbləğində cərimə edib. Halbuki Gergerti 15 sutka inzibati həbs də gözləyə bilərdi. Cərimə təyin edilməsi prokurorluğun tələbi olub.
Hadisəyə səbəb reperin 26 oktyabrda Moskvada verdiyi konsertdə “Жизнь ворам” (“Yaşasın oğrular”) ifadəsini işlətməsi olub. Prokurorluq bu ifadənin “kriminal subkulturanın və təhrif edilmiş dəyərlərin təbliği” kimi qiymətləndirildiyini bildirib. İş üzrə aparılan dilçilik ekspertizası da həmin sözlərin kriminal subkultura ilə əlaqəli olduğunu və qadağan olunmuş təşkilat nümayəndələrinə müsbət münasibət sərgilədiyini müəyyən edib.
Söhbət Rusiya Ali Məhkəməsi tərəfindən 2020-ci ildə ekstremist elan edilən AUE (“Арестантский уклад един”) hərəkatından gedir. Bu qeyri-rəsmi birlik oğru qaydalarını təbliə edir.
Reper 30 oktyabrda hadisə ilə bağlı açıq şəkildə üzr istəyib. O, video-müraciətində ifadəni sərxoş vəziyyətdə dediyini və qadağan olunmuş heç bir təşkilatı dəstəkləmədiyini bildirib.
Abbas


