Reklam bukletləri turist məkanlarının cəlbediciliyini tez-tez şişirdir, buna görə də istirahət üçün kurort seçməzdən əvvəl həmişə real səyyahların rəylərini öyrənmək lazımdır. İtaliyalı trevel-bloger Klavdiya Tavani bunu etmədi və tropik adaya səyahət bronlaşdırarkən yalnız bukletlərə güvənib. Nəticədə o, yerə çatanda ciddi şəkildə məyus olub.
HİT.az xəbər verir ki, bu barədə "Mirror" yazır.
Klavdiya iki həftəni Panama ərazisində, İsla-Kolon adasının cənub kənarında yerləşən Bocas-del-Toro kurortunda keçirməyə qərar verib. Bu qərara onu "Lonely Planet" bələdçisi sövq edib. Mənbədə kurort Mərkəzi Amerikanın son tropik cənnət guşələrindən biri kimi təsvir olunurdu. Lakin reallıq fərqli çıxıb.
"Köçürmədə vəhşi, tənha çimərliklərdən danışılan yerdə mən gözardı edilməsi çətin olan zibil yığınları ilə qarşılaşırdım. Başqaları gizli incidən bəhs edərkən, mən hay-küylü, hörmətsiz turistlərin yaratdığı izdihamı görürdüm. Özümü tropik cənnətdə deyil, sanki cəhənnəmdəymiş kimi hiss edirdim", deyə Klavdiya bildirib.
Onun sözlərinə görə, bütün kurort boyunca yalnız bir yaxşı çimərlik tapılırdı, digərləri isə daha çox zibilliyə bənzəyirdi. Acı ironiya ondadır ki, Klavdiyanın öz vətəni İtaliyada gözəl çimərlik seçimi demək olar ki, məhdudiyyətsizdir.
Panamada on gün keçirib vəd edilən “tropik cənnəti” tapa bilməyən qadın daha sonra qonşu Kosta-Rikaya yollanıb. İtaliyalının etirafına görə, bu ölkə bütün gözləntiləri üstələyib.
"Orada bir ay səyahət etdim və inanılmaz dərəcədə səxavətli, qonaqpərvər insanlarla tanış oldum, meşələri kəşf etdim, vulkan kraterlərinə qalxdım, rafting, ziplayn və snorklinq etdim", deyə Klavdiya əlavə edib.
Samir

