Avropa İttifaqı liderləri ABŞ-ın Ukraynadakı sülh prosesindəki rolundan narazıdırlar.
HİT.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Avropa diplomatik mənbələrinə istinadən yazıb.
Nəşrin mənbələrinə görə, Aİ siyasətçiləri Donald Tramp administrasiyasının Rusiya ilə danışıqlar barədə məlumat paylaşmaq istəməməsindən şikayətlənirlər. WP həmçinin Aİ liderlərinin görüşünün sızdırılmış transkriptinə istinad edir.
"Der Spiegel" dünən Fransa və Finlandiya prezidentləri, Almaniya kansleri və NATO baş katibi arasında telefon danışıqlarının təfərrüatlarını dərc edib. Nəşrin məlumatına görə, onlar ABŞ-a qarşı inamsızlıqlarını və Ukrayna prezidentini qorumaq ehtiyacını müzakirə ediblər.
WP yazır ki, bəzi avropalı diplomatlar buna baxmayaraq ABŞ-a etibar etmək mümkün olmadığını etiraf edirlər: "Danışıqlar apara bilən yeganə şəxslər ABŞ-dır. Putinin başqası ilə danışıqlar masasına oturmamasının sadə səbəbi var".
Mənbə əlavə edib ki, bu, bir çox avropalı üçün böyük narahatlıq yaradır, amma bu, həyatın bir həqiqətidir.
Samir


