Avropanın məşhur kurortunun qaranlıq tərəfi: Yerdəki cəhənnəm...

DÜNYA
22:34 / 08.12.2025
37

Benidorm - Valensiya ilə Alikante arasında yerləşən İspaniyanın məşhur çimərlik kurortudur. Hər il minlərlə turist buraya səfər edir. Lakin hamı buradan xoş təəssüratlarla ayrılmır.

Hit.az xəbər verir ki, yemək və turizm mövzusunda "YouTube" kanalı aparan britaniyalı bloger Just Deano son videosunda Benidormu “Yer üzündə cəhənnəm” adlandıraraq sərt tənqid edib.

O etiraf edir ki, bir çox turistlərə bu kurort xoş təsir bağışlaya bilər, amma Deano özü bir həftəlik istirahət zamanı gördükləri ilə şoka düşüb.

“Bu həftə yüzlərlə dəfə mənə narkotik istəyib-istəmədiyimi soruşdular, dava-dalaşlar gördüm, ciblərə girən oğrular gördüm, dələduzlarla rastlaşdım. Məncə, bu sadəcə dəhşətli bir yerdir və şəxsən ora kamerayla qayıtmayacağam”, deyə bloger bildirib.

Onun sözlərinə görə, yaxşı bir oteldə qalsa da, küçəyə çıxan kimi davaların, ciblərin qarət edilməsinin və digər cinayətlərin şahidi olurdu.

“Heç vaxt heç kimə Benidorma tək səfər etməyi məsləhət görməzdim. Siz çox həssas olursunuz. Mən 183 sm boyunda, 114 kq çəkidə keçəl kişiyəm, amma yenə də… Mənə arxadan zərbə endirildi. Bu zərbənin yumruq, şüşə, dəyənək və ya başqa nə ilə vurulduğunu bilmirəm. Arxaya döndüm, yalnız gülən bir qrup oğlan gördüm”, deyə səyahətçi xatırlayır.

Britaniyalı üçün Benidormdakı qiymətlər çox ucuz görünsə də, o düşünür ki, bu qənaət bütün risklərə dəymir.

“Ucuz pivə — pintası (təxminən yarım litr) 1 avroya, 2 avroya, 1,50 avroya. Hər pabda "xoşbəxt saat". Hər şey həqiqətən bu qədər gözəldirmi? Xeyr. Mən olduğum heç bir yerdə normal pivə içə bilmədim”, deyə o şikayətlənib.

Deano paylaşımından sonra çoxlu tənqid alıb. Şərh yazanlar Benidormun əslində gözəl yer olduğunu və bloqerin təsvir etdiklərinin orada baş vermədiyini iddia ediblər. Bir müddət sonra o ayrıca video çəkərək Benidormla bağlı paylaşımına görə aldığı “heyt”dən şikayətlənib.

Samir

0