Tayland sərhəd vəziyyəti ilə bağlı Kamboca ilə danışıqlardan imtina edib.
Taylandın Baş naziri Anuthin Çanvirakun iki ölkə arasındakı sərhəddəki vəziyyəti həll etmək üçün Kamboca ilə danışıqlardan imtina edib.
HİT.az xəbər verir ki, bu barədə "The Nation" qəzeti yazıb.
"Bizim cavabımız siqnal deyil. Bu, onların Taylandın suverenliyini təhdid etməməli olduqlarını açıq şəkildə göstərmək üçün bir tədbirdir. Bundan sonra heç bir danışıqlar olmayacaq. Döyüşlərə son qoymaq istəyiriksə, Kamboca Taylandın müəyyən etdiyi kursu izləməlidir", deyə Taylandın Baş naziri bildirib.
8 dekabrda Tayland Kambocanı Buriram əyalətindəki mülki ərazilərə hücum etməkdə günahlandırıb.
Qısa müddət əvvəl Tayland və Kamboca sərhəd bölgəsində bir-birinə zərbə endirmişdilər. Hadisə Taylandın Anuponq hava bazasına edilən hücumdan sonra baş verib və bu hücum krallığın ordusuna zərər verib. Buna cavab olaraq Tayland F-16 qırıcı təyyarələrini yerləşdirib və onlar Çonq An Ma ərazisində Kamboca artilleriyasına zərbə endiriblər.
Samir


