ABŞ Konqresi 2026-cı maliyyə ili üçün hərbi büdcə layihəsini təqdim edib.
HİT.az xəbər verir ki, layihədə ABŞ prezidentinin xahişindən 8 milyard dollar çox olan 901 milyard dollar təklif olunur.
Donald Tramp Konqresdən hərbi xərclər üçün 892,6 milyard dollar ayırmasını istəyib. Senat əvvəlcə xərcləri 925 milyard dollara qədər artırmağı təklif edib, Nümayəndələr Palatası isə prezidentin xahişinə bərabər məbləğ üçün lobbiçilik edib. TASS sənədlərə istinadən xəbər verir ki, nəticədə qanunvericilər kompromis əldə ediblər.
2025-ci maliyyə ilində ABŞ-ın hərbi büdcəsi 884 milyard dollar olub.
Samir


