Çexiyada hepatit A epidemiyasından 30-dan çox insan öldü

DÜNYA
18:30 / 08.12.2025
32

Çexiyada hepatit A virusu artıq 32 nəfərin həyatına son qoyub və 3000-dən çox yoluxma halı qeydə alınıb. Lakin epidemiya hələ pik həddə çatmayıb.

HİT.az xəbər verir ki, bu barədə "Tageschau" yazıb.

Hakimiyyət orqanlarının məlumatına görə, epidemiya yazda evsizlər və asılılıqları olan insanlar arasında başlayıb, lakin sonda bütün sosial qruplara yayılıb. İndi xəstəlik Milad bazarlarına da çatıb. Almaniya sərhədinə yaxın Bozi Dar şəhərində hakimiyyət orqanları üç həftə əvvəl ayrıca gigiyena xəbərdarlığı verib.

Praqa bazarlarında satıcılar əlcək taxır və mütəmadi olaraq köşklərini dezinfeksiya edirlər. Lakin, "Tagesschau"nun qeyd etdiyi kimi, bu, riski sıfıra endirmir, çünki ziyarətçilərin əksəriyyəti dezinfeksiyaedici vasitələrə məhəl qoymur.

Hepatit A çirklənmiş səthlərlə təmas yolu ilə ötürülür və simptomlar infeksiyadan yalnız bir ay sonra özünü göstərir. Bu müddət ərzində insan xəstəliyə şübhə etməyə bilər, lakin yenə də yoluxucu ola bilər. Çexiya Tibb Palatasının prezidenti Milan Kubek jurnalistlərə bildirib ki, hazırkı hepatit A epidemiyası 1979-cu ildən bəri ən böyük epidemiyadır.

Samir

0