"Mən onlara heç nə vermirəm": Tramp ABŞ-ın Ukraynadan pul qazandığı açıqladı

DÜNYA
13:50 / 09.12.2025
45

ABŞ prezidenti Donald Tramp bildirib ki, prezidentliyi dövründə ABŞ nəinki Ukrayna müharibəsinə pul xərcləmir, həm də bundan pul qazanır. 

HİT.az xəbər verir ki, o, bunu Amerika aqrobiznesinin nümayəndələri ilə dəyirmi masada deyib.

"Co Bayden onlara (ukraynalılara) 350 milyard dollar verdi, mən isə onlara heç nə vermirəm", deyə Tramp bildirib.

Tramp xatırlatıb ki, ABŞ silahlarını NATO ölkələrinə "tam qiymətə" satır və NATO onları Ukraynaya ötürür:

"Düşünürəm ki, onlar bunu başqalarına ötürə bilərlər, amma əsasən onu Ukraynaya ötürürlər. Və onlar Ukrayna ilə silahların, raketlərin və s. paylanması şərtləri üzərində işləyirlər. Amma biz pul xərcləmirik, humanitar məqsədlərə vaxt sərf edirik".

Eyni zamanda, o, Ukraynadakı müharibədə çoxlu insanın öldüyünü vurğulayıb: "Mən bunun dayandırılmasını istəyirəm". 

O, həmçinin son bir ay ərzində Ukraynada 27 min əsgərin öldüyünü bildirib - əsasən Ukrayna əsgərləri və Rusiya əsgərləri.

Samir
 

0