Fransanın keçmiş prezidenti kamera yoldaşlarından şikayətləndi

DÜNYA
14:27 / 09.12.2025
39

Fransanın keçmiş prezidenti Nikola Sarkozi "Məhbusun gündəliyi" kitabında həbsxana həyatını "cəhənnəmə" çevirən kamera yoldaşlarından şikayətlənib. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" 10 dekabrda satışa çıxarılacaq kitabın mətninə istinadən məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, başqa bir məhbus bir neçə dəqiqə ərzində kamerasının dəmir barmaqlıqlarını metal əşya ilə dəfələrlə vurub.

"Atmosfer təhdidedici idi. Cəhənnəmə xoş gəlmisiniz!", deyə Sarkozi kitabında yazıb.

Qonşu kameradakı başqa bir məhbus, keçmiş prezidentin sözlərinə görə, vaxtının yarısını "Aslan Kral" cizgi filmindən mahnılar oxumağa, digər yarısını isə dəmir barmaqlıqları qaşıqla vurmağa sərf edib.

Sarkozi həmçinin kamerasındakı şəraiti tənqid edib. O, orduda xidmət edərkən belə heç vaxt bu qədər möhkəm döşək almadığını, yastıqların plastik kimi materialdan hazırlandığını və "yorğanların sadəcə üzücü olduğunu" bildirib.

Fransanın keçmiş lideri yeməkləri çox tez gətirildiyi üçün buraxdığını yazıb. Lakin o, plastik qablarda verilən yeməklərdən imtina etməklə çox şey itirdiyinə inanmır.

25 sentyabr 2025-ci ildə Fransa məhkəməsi Sarkozini Liviya hökuməti tərəfindən 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində sui-qəsddə günahkar bildi və onu beş il həbs cəzasına məhkum edib. Noyabr ayında Sarkozi məhkəmə nəzarəti altında həbsdən azad edilib. Bu qərar Paris Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilib və bununla da keçmiş dövlət başçısının vəkillərinin tələbi təmin olunub. Sarkozi Liviya lideri Müəmmər Qəddafidən pul aldığına görə beş illik həbs cəzasının təxminən üç həftəsini dəmir barmaqlıqlar arxasında keçirib.

Samir

0