ABŞ prezidenti Donald Tramp Almaniyanın keçmiş kansleri Angela Merkelin miqrasiya və enerji siyasətində ciddi səhvlərə yol verdiyini bildirib.
HİT.az xəbər verir ki, o, bu barədə "Politico"ya verdiyi müsahibədə danışıb.
Tramp bildirib ki, Avropa liderləri sərhədlərini milyonlarla insana açanda "dəhşətli cinayətlər" törədiblər.
"İsveçə baxın, onları tənqid etmirəm. Mən İsveçi sevirəm, isveçliləri sevirəm. Amma onlar təhlükəsiz ölkədən yüksək cinayətkarlıq ölkəsinə çevrilirlər", deyə ABŞ lideri bildirib.
Tramp Almaniyanın immiqrasiya islahatlarından əvvəl cinayətkarlıqdan azad olduğunu və Merkelin iki böyük səhv etdiyini qeyd edib: immiqrasiya və enerji.
2015-ci ildə Merkel Almaniyanın sərhədlərini Yaxın Şərq və Afrikadan olan yüz minlərlə qaçqın üçün açmaq qərarına gəlib və bütün Avropa İttifaqı ölkələrini də eyni şeyi etməyə çağırıb. Bu qərara görə keçmiş kansler həm Almaniya daxilində, həm də xaricdə tənqid olunub.
Samir


