Federal Təhqiqat Bürosu (FTB) bir neçə böyük maliyyə qurumunu təxminən 30 milyon dollar məbləğində aldatdığı iddia edilən ABŞ sakini, 73 yaşlı Meri Kerol Makdonneli axtarır.
HİT.az KTLA portalına istinadən xəbər verir ki, agentlik Makdonnelin bir neçə fırıldaqçılıq etdiyini bildirib. O, özünü "Makdonnel" təyyarə şirkətinə sahib olan Makdonnel ailəsinin varlı varisini təqdim edib.
Qadın iddia edib ki, gələcəkdə əldə edə biləcəyi 80 milyon dollar məbləğində gizli bir etibar fonduna malikdir. Bu, Makdonnellin maliyyə qurumlarından pul qoparmasına kömək edib.
Bu sxem 2018-ci ildə aşkar edilib və onun həbsi üçün order verilib. İndi isə FTB BƏƏ-də gizlənə biləcək cinayətkarın axtarışı ilə bağlı məlumat yayıb.
Samir


